Ahmed Mustafayev tərəfindən "Alınmaz" mahnısının solo ifası artıq onlayndır.
Ahmed Mustafayevə YouTube-da abunə ol:
Musiqi və söz: Namiq Qaraçuxurlu
Ahmed Mustafayevi sosial şəbəkələrdə izlə:
Facebook:
Instagram:
Twitter:
Genius:
Ahmed Mustafayevi rəqəmsal platformalarda dinlə:
Keçid:
Sözlər:
[Bənd 1]
Ayrılırıq deyə-deyə dad eylədi
Doğma ikən o məni yad eylədi
Ayrılırıq deyə-deyə dad eylədi
Doğma ikən o məni yad eylədi
Dedim: “Gəl, görüşək”, - inad eylədi
Neçə dəfə yazdım ki, yazışmaqla alınmaz
Neçə dəfə yazdım ki, yazışmaqla alınmaz
[Nəqərat]
Qəlbim elə küsdü, barışmaqla alınmaz
Gecdir daha, bitdi, danışmaqla alınmaz
Ürəyim elə küsdü, barışmaqla alınmaz
Gecdir daha, bitdi, danışmaqla alınmaz
[Bənd 2]
Saçlarının ətri küləkdən gəlir
Bəlkə də, mövsümdür, çiçəkdən gəlir
Saçlarının ətri küləkdən gəlir
Bəlkə də, mövsümdür, çiçəkdən gəlir
Eşq elə bir şeydir, ürəkdən gəlir
Onu soraqlamaqla, soruşmaqla alınmaz
Onu soraqlamaqla, soruşmaqla alınmaz
[Nəqərat]
Qəlbim elə küsdü, barışmaqla alınmaz
Gecdir daha, bitdi, danışmaqla alınmaz
Ürəyim elə küsdü, barışmaqla alınmaz
Gecdir daha, bitdi, danışmaqla alınmaz
[Bənd 3]
Yar yarı hər davranışından sevər
Hətta ağlı çıxar başından, sevər
Yar yarı hər davranışından sevər
Hətta ağlı çıxar başından, sevər
Ruh sevərsə, ilk baxışından sevər
Sevməsə, illərlə baxışmaqla alınmaz
Sevməsə, illərlə baxışmaqla alınmaz
[Nəqərat]
Qəlbim elə küsdü, barışmaqla alınmaz
Gecdir daha, bitdi, danışmaqla alınmaz
Ürəyim elə küsdü, barışmaqla alınmaz
Gecdir daha, bitdi, danışmaqla alınmaz
[Bənd 4]
Məni elə məyus etdi nazlı dilbər
Könlümü verdim ona, vurdu xəncər
Məni elə məyus etdi nazlı dilbər
Könlümü verdim ona, vurdu xəncər
Qəlb elə incədir, büllura bənzər
Sındısa, məhv oldu, çalışmaqla alınmaz
Sındısa, məhv oldu, çalışmaqla alınmaz
[Nəqərat]
Qəlbim elə küsdü, barışmaqla alınmaz
Gecdir daha, bitdi, danışmaqla alınmaz
Ürəyim elə küsdü, barışmaqla alınmaz
Gecdir daha, bitdi, danışmaqla alınmaz
Ahmed Mustafayev tərəfindən ifa olunan "Alınmaz" parçasının solo versiyasının rəsmi audiosu. Bu videonun bütün hüquqları "mikpro” tərəfindən qorunur. © 2025
Etiketlər:
#AhmedMustafayev #Alınmaz #mikpro